F-1.az xatırladır ki, Fettel və Rəykkönen yarışa birinci cərgədən başlasalar da, almaniyalı sürücü 8-ci, finlandiyalı isə 3-cü ola bilib.
Mauritsio Arrivabene: “Çindəki nəticə hədəflədiyimiz nəticə deyildi. Çünki yarışa ilk cərgədən başlamışdıq. Yarış tempimiz güclü olsa da, başqa amillər nəticəyə təsir göstərdi. Kimi podiuma yüksəlsə də, Sebastyan təmasdan sonra zədələnmiş bolidi ilə zərəri minimuma endirməyə çalışdı. Artıq bu yarışı unutmalı və sonrakı yarış olan Bakı barədə düşünməliyik. Orada da öz iddiamızı göstərməliyik”.