M.Arrivabene: “Mercedes son 10 ilin ən yaxşısıdır”

Ferrari komandasının idman direktou Mauritsio Arrivabene etiraf edib ki, Mercedes AMG son 10 ilin ən yaxşı komandasıdır...

F-1.az xatırladır ki, Mercedes komandası 2012-ci ildən bəri hər il poul və yarış qazanır. Mercedes 2014-cü və 2015-ci illərdə mümkün 38 yarışdan 32-sində qalib gəlib və 2 il ardıcıl həm mühəndislər, həm də sürücülər çempionatında qalib olub.

Bu il Mercedes AMG-nin əsas rəqiblərindən biri olan Ferrari ilk iki yarışda iki dəfə mühərrik problemləri ilə üzləşib. İtalyanlar ilk yarışda 3-cü, ikinci yarışda isə 2-ci yeri tutublar. Mercedes komandası ilk yarışda dubl, ikinci yarışda isə 1-ci və 3-cü yerləri tutub.

Mauritsio Arrivabene: “Mercedes son 10 ildə gördüyüm ən yaxşı komandadır. Onları məğlub etmək üçün çox işləməliyik. Onlardan daha yaxşı olmalıyıq. Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edirik.

Cümə günü yaxşı keçdi, amma heyif ki, cümə gününə görə bizə xal verilmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*