M.Arrivabene: “Mattia barədə çıxan xəbərlər yalandır”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, komandanın texniki direktoru Mattia Binotto heç bir komandaya getməyəcək.

F-1.az xatırladır ki, bəzi KİV-də Binotto ilə Arrivabenenin münasibətlərinin pisləşməsi yer almışdı.

Mauritsio Arrivabene: “Əvvəlcə buna açıqlıq gətirək. Mattia barədə çıxan xəbərlər yalandır və stabilliyi pozmaq üçün yayılır. Belə edib problem yaratmaq istəyirlər və bu barədə izahat vermək istəmirəm. Mövsüm ərzində belə hallar çox oldu. Gah sürücülər, gah mühəndislər barədə hekayələr yazdılar. Mənim vəziyyətim? Bu barədə Luis Kamilyeridən soruşun.

Heç kimin getməsi barədə danışmamışıq. Əksinə yeni adamlar gələ bilər. Gələn mövsüm bu barədə düşünəcəyik. Əgər yeni adamlar problem yaratmadan gələcəksə, yaxşı olar. Yeni adamlar komandanı narahat etməməlidirlər. İşləyən komandaya inqilab yox, dəstək lazımdır. Onsuz da inqilaba yox, inkişafa inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*