M.Arrivabene: “Komandada ruh var”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Ferrari son yarışa qədər əlindən gələni edəcək.

F-1.az xatırladır ki, Ferrari Malayziyada sərbəst yürüşlərdə rəqiblərindən sürətli görünsə də, Fettel sıralanma turunda mühərrik probleminə görə sonuncu yeri tutmuşdu. Eyni hal yarışda Rəykkönenin başına gəldi və finlandiyalı sürücü yarışa start belə verə bilməmişdi.

Almaniyalı sürücü sonuncu yerdən başladığı yarışda podium uğrunda mübarizə aparsa da, 4-cü ola bilmiş və Ferrari-nin güclü olduğu yarışdan cəmi 12 xalla ayrılmalı olmuşdu.

Mauritsio Arrivabene: “Həftəsonu ərzində bolidimiz çox güclü idi. Sərbəst yürüşlərdəki tempimiz və Kiminin sıralanma turundakı performansı buna əyani sübut idi. Sebastyan sonuncu yerdən başlayıb, 4-cü ola bildi. Yarışda çox güclü idi. Yaşadığımız problemlərə görə ilin ən çətin yarışı idi. İndi problemlərin səbəbini araşdırırıq və ən qısa zamanda həll edəcəyik. Bu problemlər Sebastyanın sıralanma turunda, Kiminin isə yarışda iştirak etməsinə əngəl oldu. Buna baxmayaraq, komanda sakitçiliyini qorudu və qüsursuz strategiya tətbiq etdik. Gücümüzə inanırıq. Komandada ruh var və sona qədər mübarizə aparacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*