F-1.az xatırladır ki, Rəykkönen komandanın səhvinə görə sıralanma turunda 14-cü yeri tutmuşdu. Ancaq finlandiyalı sürücü yarışda mükəmməl performans göstərmiş və Maks Ferstappenlə təmas yaşayıb ön qanadını qırmasına baxmayaraq, 5-ci yer uğrunda sona qədər mübarizə aparmışdı.
Mauritsio Arrivabene: “Kimi Rəykkönenin performansına görə sevinirəm. Bazar günü əsl döyüşçünü xatırlatdı”.
Rəykkönen bolidin performansından razı olsa da, sıralanma turundan narazı olduğunu bildirib: “Bolidimiz güclüdür, amma şənbə günü pis nəticə göstərdik və lazımi yerdə deyildik”.