M.Arrivabene: “Kimi də podiuma yüksəlməli idi”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, qələbə qazandıqları üçün sevinclidirlər, amma iki bolidlə də podiumda olmalı idilər.

F-1.az xatırladır ki, Sebastyan Fettel Avstraliya yarışında doğru strategiya seçərək, 27 yarışdan sonra Ferrari-yə qələbə gətirib.

Mauritsio Arrivabene: “Əla nəticə aldıq və komandada hər kəsi təbrik edirəm. Kimi də podiuma yüksəlsə, ikiqat sevinərdik, amma yenə də əla başlanğıc oldu. Qışdakı gərgin iş rejiminin qarşılığını aldıq. İndi isə çatışmazlıqlarımızı təhlil edərək, növbəti yarışa hazırlaşacağıq. Yarışda təkərlərə yaxşı nəzarət etdiyimiz üçün aqressiv strategiyadan istifadə etdik. Bu da bizə qələbə gətirdi. Amma növbədə daha 19 yarış var. Motivasiyamızı itirmədən işləməyə davam etməliyik. Bu il gözlədiyimiz çempionluğu qazanmaq şansımız var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*