M.Arrivabene istefaya göndəriləcək?

Almaniyada dərc olunan Bild nəşri mövsümün sonunda Mauritsio Arrivabenenin Ferrari komandasının başçısı postunu itirəcəyini bildirib.

F-1.az xatırladır ki, Skuderiyaya 2014-cü ilin noyabrından başçılıq edən italiyalı mütəxəssisin isefası barədə xəbərlər keçən ilin ortasında yayılmışdı. Amma cari mövsümün əvvəlində komandanın ciddi tərəqqisindən sonra şayiələr yoxa çıxmışdılar.

Çempionatda yay fasiləsi zamanı Arrivabene və komandanın texniki direkoru Mattia Binotto arasında hakimiyyət uğrunda mübarizənin gücləndiyi barədə xəbərlər İtaliya mətbuatında yayılsa da, bir çoxları bu xəbərlərə məhəl qoymamışdı.

İndi isə ardıcıl iki yarışda texniki problemlər üzündən Skuderiya faktiki olaraq çempionatda qələbə qazanmaq şansını itirdikdən sonra yeni şayiələr dalğası baş qaldırıb. Bild-in qənaətinə görə, “hər şey mövsümün sonunda Arrivabenenin Ferrari-ni tərk etməsinə doğru gedir…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*