M.Arrivabene: “İkinci pit-stopu Rəykkönen özü istədi”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Rəykkönen Meksika yarışında ikinci piti özü istəyib.

F-1.az xatırladır ki, ön qrupda mübarizə aparan bütün sürücülərin əksətiyyəti yarışı tək pit-stopla tamamladığı halda, Rəykkönen 2 dəfə pit-stop etmişdi. Finlandiyalı sürücünün Soft təkəri qalmadığı üçün ikinci pitdə də Medium təkərləri götürmüşdü. Buna görə də italyan təmsilçisi tənqidlərə məruz qalmışdı.

Mauritsio Arrivabene: “İkinci pit-stopu o özü istədi. Təkərlərinin yeyildiyini dedi. Onun üçün seçdiyimiz strategiya Sebastyanınkı ilə eyni idi, amma o, təkərlərdən şikayət edərək, pitə gəlmək istədi. Daha sonra strategiyanı dəyişdirərək, onu pitə çağırdıq.

Bəzən sürücülər təkərlərindən əmin olmurlar. Buna görə də ən yaxşı seçim strategiyanı dəyişmək idi. Onu sakitləşdirmək üçün B planına əl atdıq və pitə çağırdıq”.

Xatırladaq ki, Rəykkönen Meksika yarışını 6-cı yerdə bitirib…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*