M.Arrivabene həm sevinir, həm üzülür

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene Fettelə görə sevinsə də, Rəykkönenə görə məyusdur.

F-1.az xatırladır ki, Almaniyalı sürücü mükəmməl startdan sonra Həmiltonu keçib qələbə qazansa da, Rəykkönen startda Rikkardonun arxadan təmasına görə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Mauritsio Arrivabene: “Bu gün hava buludlu idi və yağış yağa bilərdi. Lakin yarış quru havada keçdi. Buna görə də bolidin bütün potensialını ortaya qoya bildik. Kiminin başına gələn hadisəyə görə məyusam. Dünən öz səhvi olmayan problemə görə sıralanma turunda geridə qaldı. Bizim səhvimizdir və bu, utancvericidir. Çünki potensialımızı göstərə bilmədik. Əslində səhvə görə komandanı günahlandırmaq istəmirəm. Bir səhv varsa, o da mənim səhvimdir. Buna görə məsuliyyəti öz boynuma götürürəm.

Digər tərəfdən isə, qalib gəldik və Sebastyan gözəl şou göstərdi. Yüksək səviyyədə sürdü. Qalib gəldiyimiz üçün xoşbəxtik, amma dincəlməyə vaxt yoxdur. İndidən Montsa barədə düşünüb, o yarışa hazırlaşırıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*