M.Arrivabene hara gedəcək?

Ferrari komandası 2014-cü ildən bəri komandaya başçılıq edən Mauritsio Arrivabene ilə yollarını ayırıb. İtalyan mütəxəssis yaxın günlərdə yeni vəzifəyə təyin oluna bilər.

F-1.az xəbər verir ki, Mauritsionun bu həftə Juventus klubunun rəhbərliyi ilə görüşəcəyi bildirilir. Gözlənildiyi kimi, görüşdə tərəflərin Arrivabenenin komandanın başçısı vəzifəsini tutması şərtləri müzakirə olunacaq. Mauritsionun Exor holdinqinin sahibi olan Anyelli ailəsi ilə sıx əlaqələrini nəzərə alsaq, onun şansını yüksək dəyərləndirmək olar – xatırladaq ki, Exor holdinqi Fiat konserninin, Ferrari şirkətinin və …Juventus komandasının sahibidir.

Bundan başqa, Arrivabene 2012-ci ildən klubun direktorlar şurasının üzvüdür, müxtəlif illərdə maliyyə və təhlükəsizlik komitələrinə rəhbərlik edir, ona görə də komandanın işinə bələddir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*