F-1.az xatırladır ki, Ferrari son 3 ildə ikinci dəfə mövsümü qələbəsiz başa vurub və Mühəndislər Kubokunda Mercedes və Ferrari-dən sonra üçün yeri tutub.
Amma bütün bunlara baxmayaraq, Arrivabene işlərin düzələcəyinə inanır: “2017-ci il bolidinin üzərində avqust ayından işləməyə başladıq. Xüsusən də, texniki heyət cəhətdən çox güclü olduğumuzu düşünürəm. Bu bizə kömək edəcək. İnsanlar Ferrari-dən qələbələr və çempionluq gözləyirlər. Belə də olmalıdır. Yenidən çempion olmaq üçün var gücümüzlə işləməyə davam edirik. Mattia Binotto komandaya qoşulduqdan sonra komanda çox inkişaf etdi. 2017-ci ildə də bu tempi davam etdirib, gözəl nəticələr alacağımıza inanırıq. Bazadakı işçilərin necə işlədiyini bilirəm. Ümid edirəm ki, hamını sevindirən nəticələr qazanarıq”.