M.Arrivabene: “Fettelin dirsəkliyə ehtiyacı var”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Fettelin yarışlarda dirsək qoruyucusuna ehtiyacı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2018-ci ildə etdiyi səhvlərlə gündəmə gəlib. Arrivabene çempionluğun itirilməsində bu səhvlərin və komandadaxili hadisələrin rolu olduğunu düşünür: “Sürücümüzə rəqibləri ilə mübarizə apsarması üçün dirsəklik verməliyik.

Bəhreyndə mexanikimizin ayağı qırıldı. Daha sonra prezidentimiz Markionne öldü və böyük boşluq əmələ gəldi. Ostin yarışından əvvəl də mühəndislərimizdən biri dünyasını dəyişdi.

Bu hadisələrin heç biri bizdən asılı deyildi, amma həyatımıza təsir etdilər. Ümid edirəm ki, gələn il bəxtimiz də gətirər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*