F-1.az xatırladır ki, almaniyalı sürücü bu il titula real namizəd sayılsa da, Bakı, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ yarışlarında səhvlər edərək çempionluğu əsas rəqibi Həmiltona hədiyyə edib.
Mauritsio Arrivabene: “Belə anlarda ona yaxın olmalıyıq və onu yalnız buraxmaq olmaz. Güclü olmalıyıq və onu dəstəkləməliyik. Biz birlikdə olduğumuzu isbatladıq.
Rəqiblərimiz barədə danışmaq istəmirəm. Son iki yarışda fərqi bağladıq. Həmiltonu təbrik edirəm. İndi isə Mühəndislər Kuboku uğrunda mübarizə aparmalıyıq. Çətin olacaq, amma təslim olmayacağıq”.