F-1.az xəbər verir ki, keçmişdə Mixael Şumaxerə etdikləri kimi, Fettelin özünə olan əminliyini artırmaq üçün ona yeni müqavilə təklif edib-etməyəcəkləri sualına komandanın rəhbəri Mauritsio Arrivabene belə cavab verib: “Özünə inamı bu formada yarada bilmərik. İndi hər şey fərqlidir. Keçmişdə Mixaelə yaxşı təsir edən şey indi Sebastyana təsir etməyə bilər. O, maşında olarkən diqqətini toplamalıdır. O, özünü işə çox həsr edən adamdır və buna görə də bəzən hər şeylə maraqlanmaq istəyir. Bizim də ona diqqətini əsas işinə – yarışmağa ayırmalı olduğunu xatırlatmağımıza ehtiyac yaranır.
Onun hazırda bizimlə müqaviləsi var. Bu il və gələn il birlikdə çalışacayıq. Gələn mövsüm baş verəcəklərdən də çox şey asılıdır. Hamımızın hədəflərimiz var. Mənim, komandanın, Sebastyanın… Buna görə də hamı tutduğu yerə və aldığı maaşa layiq olmalıdır”.