M.Arrivabene: “Ferrari-yə yaraşan bolid düzəltdik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Ferrari-yə yaraşan bolid düzəldiblər.

F-1.az xatırladır ki, italyanlar keçən il çempionluğa yaxın olsalar da, yay fasiləsindən sonra buraxılan səhvlərlə çempionluğu itirmişdilər.

Ferrari bu il maşının təkər bazasını uzadaraq, sürətli traslardakı zəifliklərini aradan qaldırmağa çalışıblar.

Mauritsio Arrivabene: “Avtomobil dünyası üçün xüsusi gündür. Çünki Ferrari təqdim edilib və belə günlər emosional olur. Lakin mən komandamızda işləyən və bu bolidi düzəldən adamlar barədə danışmaq istəyirəm. Addım-addım təkmilləşməyə və şassini daha faydalı etməyə çalışdıq. Bolidin xırda detallarına qədər fokuslandıq. Bu, əsl əfsanədir. Bu bolidin inkişafına keçən mövsüm bitmədən başlamışdıq. Mattia ilə işləyən uşaqlar yeni bolidin konseptini düşünürlər. Qış ərzində dayanmadan işlədilər. Hətta bir neçə saat əvvəl də işləyirdilər. Bu il zəif olduğumuz yönlərə fokuslanacağıq və güclü tərəflərimizi də təkmilləşdirəcəyik. Çətin olacaq, amma yarışdan-yarışa işləyəcəyik. Hər yarışı tək-tək düşünəcəyik. Bacardığımız qədər güclü olmağa çalışacağıq. Bolidi trasda görməmişə gücünü bilmək mümkünsüzdür. Lakin uşaqlar çox işlədi. Mattianın öndərliyində əla dizaynlı bolid hazırladılar. Heç kim təslim olmadı və hər detal üzərində işlədilər. Biz bilirik ki, elə belə maşın yox, Ferrari düzəldirik. Bu çox vacib nüansdır.

Formula1 yerində saymır. Siz inkişaf edəndə, rəqiblər yatmır. Qış ərzində onlar da çox işlədilər. Görək necə olur. Maranelloya ən yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

Mercedes-in sözlərinə təəccüblənmirəm. Titulu qorumalıdırlar. Təbii ki, bolidlərinin ən güclü olduğunu düşünəcəklər. Əksini desəydilər, təəccüblənərdim. Düşündüklərini dedilər və bu labüddür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*