M.Arrivabene Ferrari sürücülərinin toqquşmayacağına əmindir

Bir-biri ilə çempionluq uğrunda mübarizə aparan Mercedes AMG sürücüləri son 5 yarışda üç dəfə toqquşublar. Komanda rəhbərliyi növbəti yarışlarda da belə hadisələrin baş verməsinin qarşısını almaq üçün iclasların sayını artırıb və həll yolu axtarır.

F-1.az xəbər verir ki, Ferrari-də eyni hadisənin baş verməsi halında nələrin olacağı sualına komandanın rəhbəri Mauritsio Arrivabene belə cavab verib: “Mən həm Rəykkönendən, həm də Fetteldən razıyam. Onların belə bir vəziyyəti yaradacağına inanmıram. Bu, Toto Volffun problemidir və bu barədə düşünməli olan odur”.

Niko Rosberqlə Lyuis Həmiltonun əksinə, Ferrari-nin sürücülərinin münasibəti çox yaxşıdır.

Mercedes sürücülərinin tras üzərindəki qəzalarına baxmayaraq, Ferrari sürücüləri bu mövsüm bir dəfə də olsun, qalib gələ bilməyiblər. Sonuncu dəfə keçən il Sinqapurda podiumun ən yüksək zirvəsinə yüksələn Ferrari 15 yarışdır ki, qələbəyə həsrətdir.

Mauritsio Arrivabene: “Əgər qələbə qazansaq, sevincimdən göyə uçaram. Lakin biz mümkün qədər təmkinli olmağa çalışırıq və önümüzdəki yarışlara baxırıq. Motivasiyamızın yüksək olmasına çalışırıq. Öz yolumuzu izləyirik. Həmişə dediyim kimi, mən pis şansa inanmıram, amma indiki vəziyyətdə, deyəsən, doğrudan da, şansımızın ən pis olduğu dövrdəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*