F-1.az xatırladır ki, Sercio Markionne bildirmişdi ki, Ferrari son illərdə məşhurlaşan Formula E-də çıxış edə bilər.
Mauritsio Arrivabene: “Ferrari-nin investisiya strategiyası mənim nəzarətimdə deyil. Markionne Formula E barəsində açıq fikirdədir. Hazırda Ferrari-nin proqramında elə bir şey yoxdur. Ferrari olaraq Formula1-də hibrid sistemində təcrübə qazanırıq.
Doğru strategiyaya qərar vermək mənim işim deyil, amma Formula E-nin düzgün strategiya olacağını zənn etmirəm”.