F-1.az xatırladır ki, Mauritsio Arrivabene 2014-cü ilin sonunda Marko Matiaççini əvəz etmişdi və komanda keçən il 3 qələbə qazanmışdı. İtalyanlar bu mövsümə çempionluq hədəfi ilə başlasalar da, hələ də qalib gələ bilməyiblər. Bu performansdan sonra İtaliya mətbuatı Ferrari-ni tənqid edir və Arrivabenenin qovulacağı ilə bağlı söz-söhbətlər yayılıb.
Berni Ekklstoun: “Mauritsio heç nəyi səhv etmir. Amma onun xasiyyəti Serciodan fərqlidir”.
Ferrari ilə yaxın olan Leo Turini isə Arrivabenenin komandada qalacağını düşünür: “Bildiyimə görə, Sercio Markionne Arrivabene ilə yollarını ayırmaq istəmir. Amma Sercio ilə yaxın deyiləm və bunu zaman göstərəcək”.