F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada üstün performans göstərərək, bu mövsüm 3-cü qələbəsini qazanmaqla, Sürücülər Çempionatında liderliyini bərpa etmişdi.
Mauritsio Arrivabene: “Komanda Fettellə çox üstün performans göstərdi. Cümə günündən etibarən addım-addım inkişaf edirdik və işimizə fokuslanmışdıq. Təbii ki, Sebastyan mükəmməl sürücüdür. Bu il çempionluq uğrunda böyük mübarizə var. Hamının gücü bərabərdir. Red Bull və Mercedes də çox güclüdür. Maraqlı çempionat olacaq və eyforiyaya qapılmamalıyıq”.