F-1.az xatırladır ki, Fettel startda birinci yerə yüksəlsə də, Mercedes daha yaxşı strategiya seçmiş və Həmilton 29 yaşlı sürücünü geridə qoymuşdu.
Mauritsio Arrivabene: “Yarışda hər şey təkərlərdən asılı idi. Strategiya cəhətdən səhv etdiyimizi düşünmürəm. Sadəcə Bottası geridə qoymaq düşündüyümüzdən uzun çəkdi və Lyuis bunu yaxşı dəyərləndirərək aradakı fərqi azaltdı. Medium təkərlər Soft-lara nisbətən yavaş olduğu üçün sonuncu pitdən sonra geriyə düşdük. Yarışınasonuna yaxın Soft təkərlərin yeyilməsini gözləyirdik, amma alınmadı və qələbəni əldən verdik. Amma nəticəni qəbul edərək, növbəti yarışları düşünməliyik”.