F-1.az xatırladır ki, Arrivabene keçən ilin sonunda vəzifəsindən uzaqlaşdırılıb və yerinə Mattio Binotto gətirilib. Lakin “qırmızılar” ilk 5 yarışda bərbad performans göstəriblər və lider Mercedes-dən 96 xal geridə qalırlar.
Mauritsio Arribabene: “Çempionat uzundur və səbir lazımdır. Fanatlar gərək dəstəklərini əsirgəməsinlər. Qalib gələn komandanı dəstəkləmək asandır. Amma ümid edirəm ki, pis günlərdə də komandanı tək qoymazlar.
Ferrari mənə çox şey verdi. Onlar bir ailədirlər və bacardığım qədər özümü onlara həsr etdim”.