M.Arrivabene: “2017-ci il üçün pilotlarımızla bağlı hələ qərar verməmişik”

Kimi Rəykkönenin müqaviləsi bu il sona çatır və həmişə olduğu kimi, yenə bir çox sürücünün adı Ferrari ilə yanaşı çəkilir.

F-1.az xatırladır ki, Arrivabene mövcud sürücülərlə davam etmək istədiklərini bildirmişdi. Lakin italyan rəhbər hələ qərar vermədiklərini deyib.

Mauritsio Arrivabene: “Hər ikisindən razıyam. Amma gələn il üçün qərar vermək üçün hələ çox tezdir. MotoGP-yə baxın, Ducati gələn il Lorensonun komandaya gələcəyini açıqladı və bundan sonra çempionluq mübarizəsi qızışdı.

Əgər 2017-ci il üçün hər hansı qərar verib-vermədiyimizi soruşsanız, cavabım xeyr olacaq. Qərar vermiş olsaq belə, bunu indi açıqlamazdıq, çünki bunun üçün ideal vaxt deyil”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*