F-1.az xatırladır ki, Ostin trasında keçirilən ABŞ Qran Prisi 2012-ci ildən bəri hər il təqvimdə öz yerini alıb. Amma dövlətin Formula1-ə ayırdığı büdcəni azaltması yarışın gələcəyini sual altında qoyub.
Mario Andretti: “Bura çox cəlbedici bir yerdir. Bu qədər sərmayə qoyulub və burada keçiriləcək yarışlara ehtiyacımız var. ABŞ dayanmadan inkişaf edir, böyüyür. Daha böyük inkişaf üçün Formula1-ə, Formula1-in də ABŞ Qran Prisinə ehtiyacı var. Komandaların sponsorlarının demək olar ki, hamısı ABŞ-da da işləyə bilər…”