F-1.az xatırladır ki, Fettel 2010-2013-cü illərdə ard-arda 4 dəfə Dünya Çempionu titulunu qazanmış, amma 2014-cü ilin sonunda Ferrari komandasına transfer olunmuşdu.
Almaniyalı sürücü Ferrari-dəki ilk mövsümündə 3 qələbə qazansa da, 2016-cı ildə qələbə üzünə həsrət qalmışdı.
Ferrari ilə 12 yarış keçirmiş Mario Andretti isə bildirib ki, Fettelin “qırmızılar”ın heyətində çempion olması gözəl olar: “Sebastyanın Ferrari ilə çempion olmasını çox istəyərəm. Əminəm ki, bu, onun ən böyük xəyallarından biridir. Bunun ən əsas səbəbərindən biri isə Şumaxeri çox sevməsidir.
Hazırda komandadakı vəziyyətindən razı deyil. Kimi ilə münasibətləri yaxşıdır. Bu, komanda üçün yaxşı haldır. Komanda yaxşı bolidlə bu iki sürücüdən çempionluq uğrunda mübarizə gözləyir.
Fettel Ferrari-yə aiddir və ətrafındakı hər kəs buna görə xoşbəxtdir. O bir neçə il əvvəl bildirmişdi ki, Ferrari ilə çempion olmaq istəyir. İndi bu xəyalını reallaşdırmaq üçün əla fürsəti var”.