F-1.az xatırladır ki, Ferrari 2022-ci ildə 22 yarışın 12-nə pouldan başlasa da, sadəcə 4 qələbə qazana bilmişdi. F1-75 təkərləri işlətməkdə çətinlik çəkirdi və çox strateji səhv etdilər. Bundan başqa bolidin inkişafı da gözlənilən kimi olmadı.
Mario Andretti: “Məncə, güclü paketləri var və bunu keçən il isbatladılar. Gələn il bir neçə yenilikdən başqa texniki reqlament dəyişməyəcək. Buna görə onların güclü olacağını düşünürəm. Ümid edirəm ki, mübarizə apararlar. Formula1-in buna ehtiyacı var.
Bəzi dəyişikliklər olsa da, sürücü heyəti dəyişməyəcək. Məncə, yaxşı heyətləri var. Lekler və Sayns yaxşı yola gedirlər və hər ikisi potensiallı sürücülərdir.
Binottonun ayırlığı onlara pis təsir etməyəcək, çünki əsas avadanlıqlardır və o da əllərində var. Səhvlərini qəbul etdilər. Hamı bir yerə yığışıb problemləri həll edə bilər. Səhvlərdən dərs çıxarsalar, gələn il güclü olacaqlar”.