F-1.az xatırladır ki, Formula1 keçmiş illərdə olduğu kimi hələ də Ameriakada məşhur deyil. Əvvəllər Şərqi Amerika, Qərbi Amerika və Amerika olmaqla, 3 fərqli Amerika yarışı keçirilirdisə, hazırda təqvimdə sadəcə bir Amerika Qran Prisi var.
Mario Andretti: “Formula1-in hazırkı qaydalarında məhdudiyyətlər çoxdur. Formula1 məşhur olmadığı ölkələrdə təbliğ olunmalıdır. Məsələn, Mercedes AMG, McLaren və ya Ferrari komandalarında bir amerikalı sürücü olsaydı, yaxşı olardı.
Mən Lotus və Ferrari ilə yarışanda çempionluq uğrunda mübarizə aparmışdım. Müasir dövrdə də bir amerikalı sürücünün bu cür uğur qazanması əla olar”.
Qeyd edək ki, Mario Andretti 1978-ci ildə Formula1 üzrə Dünya Çempionu titulunu qazanıb.