F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən həftə Andrettinin komandasının heyətində İndy500 yarışında çıxış etmiş və qələbəyə real namizədlərdən biri olsa da, yarışın finişinə 21 dövrə qalmış Honda mühərriyi partladığı üçün damalı bayraq görə bilməmişdi
Mario Andretti: “Bir sürücünü məmnun edən tək şey rəqabətədavamlı olmasıdır. Bundan başqa hər şey onu məyus edəcək. Fernando hazırda karyerasının zirvəsindədir və McLaren Honda komandasında boş yerə vaxt itirir. McLaren-in şassisi yaxşıdır və mühərrik cəhətdən son yarışlarda pis deyillər. Alonso mövsüm bitmədən xal ala biləcək. Fernando McLaren üçün etdiklərinə görə hörmətə layiqdir. Yaxşı mühərriklə əsl gücünü göstərə bilər”.