Mercedes komandası təsdiq edib ki, Lyuis Həmiltonun maşınında daxiliyanma mühərriki dəyişdirilib. Ona görə də yeddiqat dünya çempionu bazar günü əsas yarışın startında 5 yer itirəcək.
Hələ dünən Lyuis mühərrikin qaydada olmasını demiş və əvəzləməni təkzib etmişdi. Çox güman ki, komanda etibarsızlıq üzündən daxiliyanma mühərriyini dəyişib və nəinki Braziliyada eləcə də son 3 yarışda üstünlük qazanmaq fikrindədir – İnterlaqosda ötmək mümkündür və itkiləri minimuma endirmək olar…