F-1.az xatırladır ki, əldə etdiyi ardıcıl iki tituldan sonra 2016-cı ilə uğursuz başlayan Lyuis Həmilton komanda yoldaşı Niko Rosberqin çempionluğuna mane ola bilməmişdi. Lakin komanda rəhbərləri britaniyalını ilin ən yaxşısı hesab ediblər. Səsvermə gizli keçirilib və Lyuis mümkün 275 xaldan 234-nü qazanaraq ardıcıl üçüncü dəfə bu ada layiq görülüb.
Maraqlıdır ki, komanda başçıları Maks Ferstappenin builki çıxışını yeni dünya çempionundan üstün dəyərləndiriblər…
Səsvermənin nəticələrinə əsasən formalaşmış ilk onluğu təqdim edirik.
Yer | Sürücü | Komanda | Səs |
1 | Lyuis Həmilton | Mercedes AMG | 234 |
2 | Maks Ferstappen | Red Bull | 183 |
3 | Niko Rosberq | Mercedes AMG | 176 |
4 | Daniel Rikkardo | Red Bull | 133 |
5 | Sebastyan Fettel | Ferrari | 90 |
6 | Fernando Alonso | McLaren | 67 |
7 | Kimi Rəykkönen | Ferrari | 61 |
8 | Serxio Peres | Force İndia | 52 |
9 | Valtteri Bottas | Williams | 26 |
10 | Karlos Sayns | Toro Rosso | 25 |
Səsvermədə iştirak edənlər: Toto Vollf (Mercedes AMG), Kristian Horner (Red Bull), Mauritsio Arrivabene (Ferrari), Vicey Malya (Force İndia), Kler Uilyams (Williams), Erik Bulye (McLaren), Frants Tost (Toro Rosso), Günter Ştayner (Haas), Frederik Vassyör (Renault), Monişa Kaltenborn (Sauber) və Deyv Rayan (Manor)