Lyuis Həmilton GPDA-nı dəstəkləyir

Lyuis Həmilton Formula1 sürücülərinin həmkarlar ittifaqının (GPDA) üzvü olmasa da, Formula1-in dəyişməsi üçün yayılan bəyanatı dəstəkləyib...

F-1.az saytı xatırladır ki, GPDA Formula1-in köhnədən qalma bürokratik strukturnu tənqid edən bəyanat yayımlamışdı.

Lyuis Həmilton: “Mən GPDA-nın üzvü deyiləm. Bir neçə il əvvəl oraya üzv idim, ancaq sonradan ayrıldım. Amma o qərar veriləndə mən də orada idim. Bütün sürücülər eyni fikirdə idik. Vacib bir məsələ olan zaman bir yerə toplanırıq və bu da o toplantılardan biri idi.

Biz yeni qaydalar qoymaq istəmirik. Biz istəyirik ki, yarışlar daha maraqlı olsun və bunun üçün kömək etmək istəyirik.

Biz bolidləri sevirik, yarışları sevirik və təkər-tərkərə mübarizəni sevirik. Ona görə də bu işlə məşğuluq. Biz hamımız demək olar ki, kartinqlə başlamışıq və istəyirik ki, keçmişdəki əfsanəvi sürücülər kimi olaq.

Biz indi idmanın içindəyik və həm fiziki, həm də zehni cəhətdən mübarizə aparırıq. Ona görə də qaydaların düzgün işləmədiyi bir vaxtda biz kənardan durub baxa bilmərik.

İnsanların idmana olan marağı get-gedə ölür. Biz bunun baş verməsini istəmirik, çünki Formula1 Dünyanın ən yaxşı idman növü ola bilər və olmalıdır da.

Bütün suallara cavab verə bilmərəm, amma çox şeyi təkmilləşdirə bilərik. Sonuncu yarışdan sonra mən bolidlərin necə daha güclü ola biləcəyi barədə danışmışdım. Mən düşünürəm ki, bolidlər daha güclü ola bilərlər. Ondan başqa biz fanlarla daha yaxşı əlaqə qura bilərik.

Kartinq üçün darıxıram. Bu gün dostlarımla söhbət etdim. Söhbət 2000-ci illərdə kartda yarışdığım dövrlər barədə idi. Niko və digər sürücülərlə apardığım mübarizələrdən danışdıq. Təkər-təkərə olan mübarizələr mənu həyəcanlandırırdı. İndiki dövrdə elə yarışmaq çox çətindir.

Sonuncu yarışda Toro Rosso-nu keçə bilmədim, ancaq keçə bilərdim. Elə bil, mənim 100 dollarım var və bunu 40 dövrə ərzində xərcləməliyəm. Orada 90 dolları Toro Rosso-nu keçərək xərcləsəydim, yarışın sonunda bir dəfə də pitə girməli olardım.

Amma insanlar bunu düşünmürlər. Onlar istəyirlər ki, mən yarışın sonuna qədər mübarizə aparım. Onlar istəyirlər ki, mən tərləyim və yarışın sonuna qədər çoxlu ötmələr edim.

Şəxsi səbəblərə görə GPDA-nın üzvü deyiləm. Amma təhlükəsizlik və başqa vacib məsələlərlə bağlı toplantılarda iştirak edirəm.

İnsanlar bu yarışları izləyilər və onlar bolidin içindəki vəziyyətdən xəbərdar deyillər. Onlar təkər-təkərə mübarizə gömək istəyirlər. Onlar bizim mübarizəmizi görmək istəyirlər. Təkərlər bloklananda, bir az tüstü çıxır və bu fanları həyəcanlandırır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*