Lyuis Həmilton cərimələnib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton San Paulu Qran Prisinin stüardları tərəfindən cərimələnib.

Britaniyalı sürücü yarışın finişindən sonra yerli marşallardan birindən ölkənin bayrağını almaq üçün təhlükəsizlik kəmərlərini açmış, daha sonra bağlı parka qədər hərəkət etmişdi.

Stüardlar elan ediblər ki, Lyuis idman reqlamentinə görə təhlükəsizlik tələblərini pozub və buna görə onu 5 min Avro cərimə ediblər. Bundan əlavə Lyuis 20 min Avroluq şərti cəza da alıb – yəni mövsümün sonuna qədər buna bənzər hallar baş verərsə, sürücü artıq bu məbləği ödəməli olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*