Lyuis Həmilton cərimələnə bilər

Bu gün baş tutan sıralanma turundan sonra FİA Lyuis Həmiltonun maşınında DRS sisteminin texniki reqlamentə uyğun olmadığını müəyyən edib.

FİA-nın texniki nümayəndəsi Co Bauerin dərc olunmuş sənədində deyilir ki, arxa qanadın ən yuxarı elementinin texniki reqlamentin 3.6.3 bəndinə uyğun olması araşdırılıb.

Bağlı halda reqlamentin tələblərinə əməl olunub. Amma açıq halda reqlamentin tələb etdiyi 85 mm-dən çox açılması üzə çıxıb. 

Müəyyən edilmiş pozuntu barədə məlumat stüardlara ötürülüb, məhz onlar sürücüyə qarşı sanksiya tətbiq etməlidirlər. Nəzəri cəhətdən Lyuis protokollardan xaric edilməlidir və sprintdə son yerdən start almağa göndərilə bilər. 

Mercedes komandasının nümayəndəsi yeri vaxtla saat 19:15-də (Bakıda 02:15) stüardların yanına çağırılıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*