F-1.az xatırladır ki, 2014-cü ildə çıxan qaydalara əsasən sürücülər 2-99 rəqəmlərindən birini seçərək,karyeraları boyu həmin nömrə ilə çıxış edirlər. Yalnız Dünya Çempionu titulunu qazanmış sürücü 1 nömrəni seçmə hüququna malikdir.
Amma Lyuis Həmilton 2014-cü ildə çempion olmasına baxmayaraq, 1 nömrəni seçməmişdi və 44 nömrəli maşında yarışmağa davam etmişdi.
Britaniyalı sürücü 2015-ci ildə də çempion oldu, amma o bu il yenə də 44 nömrə ilə yarışacaq.
31 yaşlı sürücü keçən il 44 nömrəni seçməsi ilə bağlı demiş ki, “mənim nömrəm 44-dür. Kartinqdə ilk çempionluğumu 44 nömrə ilə qazanmışam”.
Qeyd edək ki, Jül Byanki dünyasını dəyişəndən sonra FİA ona məxsus olan 17 nömrəni seçimdən çıxarıb…