Yan Holms beynəlxalq yayım hüququ departamentinin başçısı vəzifəsini tutub. Hazırda Formula1-də yayım hüququna yanaşma dəyişdiyi üçün Holmsun əsas vəzifəsi ənənəvi televiziya yayımından başqa azarkeşlərin əlində olan qurğularına da kontentin ötürülməsini təmin etmək olacaq.
F-1.az xatırladır ki, Holms daha əvvəl Ekklstounla FOM-un lisenziya şöbəsində çalışıb, kifayət qədər cavandır – qırxdan bir az çox yaşı var.
Keyt Biven isə korporativ və VİP-xidmətlər departamentinə başçılıq edəcək. Hüquq təhsili alan Keyt Formula1 karyerasına Arrows komandasında başlamış, sonra isə uzun müddət FOM-da çalışmışdı.