Lukoil Rusiya Qran Prisinin titul sponsoru oldu

Rusiya Qran Prisinin təşkilatçıları bu mövsüm Soçidə keçiriləcək yarışın titul sponsorluğu üçün Lukoil ilə razılığa gəldiklərini bildiriblər.

F-1.az xatırladır ki, bundan əvvəl hər mövsüm payızda keçirilən yarışın bu il təqvimdəki yeri dəyişdirilib. 29 aprel-1 may tarixlərində baş tutacaq yarış mövsümün 4-cü yarışı olacaq.

Bu gün Sportbox-a verilən açıqlamada Lukoil-un 2016-cı ildə Rusiya Qran Prisinin titul sponsoru olacağı xəbəri təsdiqlənib.

Qeyd edək ki, Lukoil, həmçinin, aralarında Serqey Sirotkinin də olduğu bir neçə rusiyalı pilota sponsorluq edir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*