Louson İtaliyada da yarışacaq

AlphaTauri komandası bu həftəsonu İtaliyada da Liam Lousonun xidmətindən istifadə edəcək.

F-1.az xatırladır ki, Daniel Rikkardo Niderland Qran Prisinin ikinci sərbəst yürüşlərində üçüncü döngədə qəza etmiş yerlisi Oskar Piastriyə çırpılmamaq üçün bariyerlərə çırpılmış və sol qolunu qırmışdı. Buna görə əməliyyat olunan və qoluna platin qoyulan Daniel Rikkardonun İtaliya yarışını buraxacağı gözlənilirdi.

Elə də oldu. Avstraliyalı sürücü İtaliya yarışını da buraxacaq və onu Niderlandda olduğu kimi yenə də Liam Louson əvəz edəcək.

Qeyd edək ki, yeni zellandiyalı sürücü Super Formula-da yarışır və o, bu mövsüm 3 yarış qazanaraq, çempionatda ikinci yerdə qərarlaşıb. O, Niderland yarışının komanda yoldaşı Yuki Tsunodadan 3 pillə yuxarıda – 13 yerdə bitirmişdi.

AlphaTauri komandası bu barədə belə açıqlama verib: “Danielin əməliyyatı yaxşı keçdi və hazırda sağalma prosesi gedir. Buna görə sevincliyik. Ümid edirik ki, onu tezliklə yenidən trasda görərik. Lakin biz Niderlandda Danieli əvəz edərək çətin şətaitdə yaxşı performans göstərən Liam Lousonun İtaliyada yenidən sükan arxasına keçəcəyini təsdiqləyirik”.

Qeyd edək ki, Rikkardonun zədəsi təqvimin sıx dövrünə düşüb. İtaliya yarışından sonra 1 həftə fasilə olacaq. Fasilədən sonra isə Sinqapur və Yaponiya yarışları ardıcıl keçiriləcək.

Əksəriyyət düşünür ki, Daniel Rikkardonun Sinqapur Qran Prisində yenidən sükan arxasına qayıdacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*