Lotus komandası ilk dəfə iPad üçün öz proqramını buraxmağa qərar verib və bunu çağdaş rok-qrupların ən məşhurlarından biri Linkin Park qrupu ilə birlikdə edəcək.
Oyun Linkin Park GP adlanacaq və onun ilk nümayişi Monako Qran Prisi ərəfəsində olacaq. Müəlliflərin fikrincə, real Formula1-ə məxsus olan adrenalin rok musiqiyə xas olan ehtirasla təmas təşkil etməlidir.
Oyunda qrupun Burn İt Down adlanan son sinqlı səslənir və Lotus E20 maşınının təsvirindən isifadə olunur: beləliklə, komanda özünün 500-cü Qran Prisini, Linkin Park isə 5-ci studiya albomunun işıq üzü görməsini qeyd edəcəklər.
iTunes-da oyun cümə axşamı, mayın 24-də peyda olacaq və onun pulsuz yükləmək mümkün olacaq. Səhəri gün Linkin Park Avropa ölkələrinə qastrol səfərlərinə başlayacaq, bir aydan sonra isə qrupun yeni albomu – Living Things satışa çıxacaq…