Mövsümün 8-ci yarışı ərəfəsində Ferrari komandasının mətbuat xidməti çox maraqlı statistika paylaşıb – mövsümün arxada qalan hissəsində kim ən çox ötmə edib?
Melburndan Monreala qədər yeddi yarış ərzində toplanmış məlumatlar mövsümün ilk hissəsini qiymətləndirməyə əsas verir. Qeyd edək, bu il ötmələrin sayı rekord vurub – 308 ötmə. Hələ indiyə qədər mövsümün 7 yarışında bu qədər ötmə olmamışdı.
Bu nə ilə əlaqədardır? Təkərlərlə? DRS və KERS sistemləri ilə? Bunun əsas səbəbi nə olursa olsun, deməliyik ki, əsas səbəb bu 3 faktorun cəmidir, amma aşağıdakı statistikanın şərhə ehtiyacı var. Ferrari komandası ötmələrin sayına görə ikinci yeri tutur: onun sürücüləri 45 uğurlu manevr reallaşdırıblar. Lotus komandası rəqiblərini 1 ötmə artıq etməklə qabaqlayır. Amma Ferrari komandası yarışın gedişində qazandığı mövqelərin sayına görə liderlik edir: Fernando Alonso və Felipe Massa ümumilikdə 34 mövqe qazanıblar, Rəykkönen-Qrojan dueti isə 33 mövqe.
Bu göstərici yarışa aqresiv yanaşmadan xəbər verir, əsas səbəb isə sıralanma turlarında hər iki komandanın aşağı sürəti ilə izah olunur. Yarışların çoxunda Fernando və Felipe start aldıqları mövqedən yuxarıda finiş görüblər. Monako və Malayziya yarışları istisnadır.
Massa ən çox ötmə edən sürücülərin reytinqində 25 ötmə ilə ikincidir. Rəykkönen ondan cəmi bir ötmə çox edib. Alonso isə 20 ötmə ilə üçüncüdür.
Maraqlıdır ki, ötmələrin heç də hamısı DRS sistemi ilə reallaşmayıb: sistemin aktiv olmadığı ilk iki dövrədə Skuderiyanın sürücüləri 12 mövqe qazanıblar, McLaren və Caterham-in aktivində 10 belə ötmə var…