Lotus-un başçısı vəzifəsini tərk etməyə hazırdır

Bir neçə gün əvvəl FİA gələn il dünya çempionatında iştirak edəcək komandanın Lotus olmasını elan edib – bu ad altında […]

Bir neçə gün əvvəl FİA gələn il dünya çempionatında iştirak edəcək komandanın Lotus olmasını elan edib – bu ad altında 1Malaysia F1 Team Sdn Bhd şirkətinin komandası qeydiyyatdan keçib. Komandaya malayziyalı Toni Fernandes başçılıq edəcək, amma komandanın işi qaydaya salınandan sonra o vəzifəsini tərk etməyə hazırdır…

Toni Fernandes: “Mənim əsas iş yerim AirAsia şirkətidir, mən əmin olmaq istəyirəm ki, komandanın düzgün rəhbərliyi var, düzgün yanaşma və strategiyası var, mən onu müəyyən səviyyəyə çatdırmaq istəyirəm, sonra isə vəzifəmi kiməsə verəcəm – biz mənim işimi daimi nəzərdə tutmamışıq. Bəlkə də, artıq Melburnda komandaya yeni şəxs başçılıq edəcək, hərçənd, mən bir neçə yarışa bu statusda çıxmaq istəyirəm.

Mən maşınlardan birinin sükanı arxasına təcrübəli sürücünü dəvət etmək istəyirəm, bəlkə də bu il karyerasını başa vurmaq istəyən sürücülərdən birini. Bu təcrübə maşınla iş zamanı faydalı ola bilər.”

Komandanın texniki ştabına Mayk Qaskoyn başçılıq edəcək, o iyirmi ildən artıq Formula1-də çalışıb, Lotus komandası Cosworth motorlarından istifadə edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*