Lotus test gününü vaxtından tez başa vurub

Xeres testlərində Lotus komandasının yeni maşını ən böyük məsafə qət etmişdi, Barselonaya komanda ikinci şassisini gətirib, amma problemlər üzə çıxdığı […]

Xeres testlərində Lotus komandasının yeni maşını ən böyük məsafə qət etmişdi, Barselonaya komanda ikinci şassisini gətirib, amma problemlər üzə çıxdığı üçün komanda test gününü elə səhər başa vurub. Nahardan sonra komanda E20-02 şassisini Ənstouna göndərəcək, sabah isə testlər Xeresdə istifadə olunan E20-01 şassisi ilə davam edəcək.

Alan Permeyn, baş əməliyyat mühəndisi: “Səhər biz ikinci şassini yoxlamağa başladıq, amma maşın trasda bir neçə dövrə vurduqdan sonra məlum oldu ki, hər şey bizim planlaşdırdığımız kimi getmir. Biz bu şassini bazaya araşdırma üçün göndərməyi qərara almışıq, sabah isə testləri Xeresdə istifadə etdiyimiz E20-01 şassisi ilə davam edəcəyik.”

Roman Qrojan: “Mən bir neçə aerodinamik yoxlama keçirdikdən sonra tam dövrələr seriyasına çıxdım, amma başa düşdüm ki, maşın əvvəlki kimi sazlanmalara cavab vermir. Testlərdə vaxt itirmək yaxşı əlamət deyil, amma xoşbəxtlikdən sabah köhnə şassini gətirəcəklər və biz işimizi davam edəcəyik. Yaxşı ki, belə problemlər testlərdə üzə çıxır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*