Lotus Renault GP komandası Lüksemburqda xeyriyyə hərracı keçirib – hərracda istənilən şəxs Formula1 maşınının detallarını ala bilib, toplanmış vəsait isə uşaqlarda xərçəng xətləlikləri ilə yerli mübarizə fonduna keçirilib.
Sponsorların, KİV nümayəndələrinin, yerli hökumətin və nazirlərin iştirak etdiyi hərracda əyləc diskləri və pedalları, asılqanın linkləri, arxanı göstərən güzgülər, suvenir və qablar satılıb, ümumən 44.5 min Avro vəsait toplanıb. Əlavə 10 min Avroluq çeki isə komandanın sürücüləri Nik Haydfeld və Bruno Senna təntənəli mərasimdə hərraca təqdim ediblər.