Lotus Renault GP komandası Andorra Rallisində yaşadığı qəzadan sonra Santa Corona hospitalında müalicə olunan sürücüsü Robert Kubitsanın sağlamlığı barədə rəsmi bəyanat dərc edib. Xatırladaq ki, səhər KİV sürücünün rəfiqəsi Edita Vitasın sözlərinə istinadən sürücünün vəziyyətinin pisləşdiyi barədə xəbər yaymışdı…
Komandanın bəyanatında deyilir: “Robertin ümumi vəziyyəti yaxşıdır. Kubitsa yaxın iki günü intensiv terapiya şöbəsində keçirəcək ki, sonuncu cərrahiyə əməliyyatı ərəfəsində sağlamlığını daha yaxşı izləmək mümkün olsun. Əvvəldən də nəzərdə tutulduğu kimi Robertin üzərində sonuncu əməliyyat çərşənbə günü baş tutacaq.”