Bu gün Lotus Renault GP komandasının mətbuat xidməti Robert Kubitsanın sağlamlığı barədə növbəti relizi yayıb…
Relizdə yayılır: “Bu gün Robertin vəziyyəti yaxşılaşmaqda davam edib. Həkimlərin sözlərinə görə, soyuqlama səviyyəsi normaldır və əməliyyat olunan ərazinin sağalma dinamikası ümidvericidir.
Dünən Robert həkimlərlə və qohumları ilə söhbət edib. Güclü ağrıkəsicilər vurulduğu üçün Robert günün çox hissəsini yatır, amma bütün xarici təsirlərə reaksiya verir. O öz sağlamlığı barədə məlumatı yaxşı qarşıladı və yarışlara qayıtmaq üçün mübarizə aparmaq fikrindədir.
Cümə axşamı Robert yenə də əməliyyat olunacaq, sağ ayağının və sağ çiyninin sınıqlarını stabilləşdirmək lazımdır. Bazar günü isə dirsəyin sınığı əməliyyat olunmalıdır.
Robert Santa Corona hospitalında 15-20 gün qalacaq, bundan sonra başqa klinikada onun bərpası davam etdiriləcək…”