Lotus Renault GP komandası Kanadanın Kvebek ştatının hökuməti ilə birlikdə maşınların qara-qızılı rənglərinin ölkənin tütün əleyhinə qanununa uyğunluğunu müzakirə ediblər. Ştatın səhiyyə nazirliyi komandanın arqumentlərini qəbul edib – bu rənglərin tütün sənayesinə heç bir aidiyyatı yoxdur və sadəcə Kolin Çepmenin Team Lotus komandasının səksəninci illərdə istifadə etdiyi ənənəvi rəng çalarlarını əks etdirir. Nəticədə Lotus Renault GP Kanadada ənənəvi rənglərdə çıxış edəcək.
Erik Bulye: “Biz şadıq ki, Monrealda ənənəvi rənglərdə çıxış edəcəyik. Kvebekin hökuməti bilirdi ki, bizim indiki rənglərimiz səksəninci illərdəki maşınların rəngidir, amma o zaman komandanın sponsorları tütün şirkətləri idi, lakin razılaşdılar ki, Lotus Renault GP nə bilavasitə, nə də dolayı yolla bu sənaye növündən maliyyələşmir.
Biz ştatın hökumətinə təşəkkür edirik. Biz ciddi məhdudiyyətlərdən xəbərdarıq, bilirik ki, tütün reklamı qadağandır.”