Lotus komandası yeni mövsüm ərəfəsində kadr dəyişiklikləri barədə bəyanat yayıb. Komandanın əməliyat direktoru Patrik Luis icraçı direktor vəzifəsinə keçirilib, onun yerini isə isveçrəli Tomas Mayer tutacaq.
Jerar Lopes, komandanın həmsahibi: “Bizim liderlər qrupuna qayıtmaq mübarizəmiz fasiləsiz prosesdir və heç vaxt dayanmayacaq. Patrik Luis və Erik Bulyenin komandaya töhfəsi dəyərsizdir, amma Tomas Mayerin təyinatından sonra Luislə Bulye bütün diqqətlərini bilavasitə işlərinə yönəldəcəklər.
Tomasın on beş illik peşəkar iş təcrübəsi var, o, böyük şirkətlərin xüsusiyyəti ilə əla tanışdır. Bizim məqsədimiz 2015-16-cı illərdə titul uğrunda mübarizə qayıtmaqla, Ənstonun 1994-95-ci və 2005-06-cı illərdə qazandığı titul ənənələrini davam etdirməkdir.”