Lotus komandası yeni sponsor müqaviləsi bağlayıb

Lotus komandası Britaniyanın ən məşhur paltar istehsalçısı olan Henri-Lloyd şirkəti ilə müqavilə imzaladığını elan edib. 2013-cü ildən şirkət komandanın rəsmi […]

Lotus komandası Britaniyanın ən məşhur paltar istehsalçısı olan Henri-Lloyd şirkəti ilə müqavilə imzaladığını elan edib. 2013-cü ildən şirkət komandanın rəsmi paltar təchizatçısı olacaq. Bundan başqa şirkətin modelyerləri səyahət üçün xüsusi paltar kolleksiyası hazırlayacaqlar ki, şirkətin salonlarında bu kolleksiyalar Lotus brendi ilə təqdim olunacaq…

Erik Bulye, komandanın başçısı:Henri-Lloyd əla brenddir və Lotus komandasına xas olan ehtiras və ambisiyaları bölüşür. Bizim rəng çalarlarımızın Londonun ən yaxşı moda salonlarında nümayiş olunması, paltar kolleksiyalarının buraxılması bizim komandamız üçün əla reklamdır, bu fakt həm Henri-Lloyd üçün, həm də alıcılar üçün maraqlıdır.

İndi bizim komandanın əməkdaşları daha gözəl geyinəcəklər və Melburna əla səyahət edəcəklər. Biz hesab edirik ki, yaxın illərdə bu əməkdaşlığı qarşılıqlı inkişaf etdirəcəyik.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*