Lotus komandası yeni E22-nin rəsmlərini yayıb

McLaren komandasının öncədən planlaşdırdığı yeni maşınının təqdimat mərasimi ilə eyni zamanda Lotus komandasının mətbuat xidməti 2014-cü il üçün hazırlanmış yeni […]

McLaren komandasının öncədən planlaşdırdığı yeni maşınının təqdimat mərasimi ilə eyni zamanda Lotus komandasının mətbuat xidməti 2014-cü il üçün hazırlanmış yeni E22-nin ilk rəsmlərini yayıb. Komanda yeni maşının texniki parametrlərini bildirməyib, amma onun xarakterik xüsusiyyətlərindən burun elementi dərhal seçilir – maşının bu hissəsi yeni texniki reqlamentin tələblərinə uyğun olaraq özünəməxsus tərzdə hazırlanıb.

Maşının rəng çalarları əvvəlki kimi qalıb, amma yeni sponsorlar əlavə olunub – Venesuelanın PDVSA neft şirkəti və Rusiyanın YotaPhone mobil telefon istehsalçısı. Komanda rəsmi motor təchizatçısını elan etməsə də, maşının üzərində Renault yazılıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*