Lotus Formula1-ə qayıdır!

Gələn il dünya çempionatının startına çıxacaq 13-cü komanda Lotus F1 komandası olacaq – bu gün səhər FİA bu barədə mətbuat […]

Gələn il dünya çempionatının startına çıxacaq 13-cü komanda Lotus F1 komandası olacaq – bu gün səhər FİA bu barədə mətbuat relizi yayıb…

Relizdə deyilir: “İntensiv seçimdən və yoxlamalardan sonra FİA gələn ilin dünya çempionatının 13-cü iştirakçısını seçib – bu Lotus F1 Team komandasıdır. FİA BMW Sauber komandasından zəmanətli məktub da alıb. Amma BMW şirkətinin mövsümün sonunda çempionatı tərk etməsini nəzərə alsaq, komandanın gələcək sahibləri hələ də müəyyən olunmayıb.

Buna baxmayaraq, FİA BMW Sauber-in ərizəsini yüksək qiymətləndirib və komandanın çempionatın rəqabətədavamlı iştirakçısı hesab edir. Beləliklə, BMW Sauber iştirakçıların siyahısında “14-cü yer”i tutmaq hüququ alır, yəni o gələn ilin start sahəsində əmələ gələcək istənilən vakant yeri tutmaq hüququ əldə edir.

Bundan başqa FİA hesab edir ki, çempionat iştirakçılarının sayı 14-ə çatdırıla bilər. Federasiya reqlamentə münasib dəyişikliklərin edilməsi üçün təcili məsləhətləşmələr aparacaq ki, starta buraxılan maşınların sayı 28-ə çatdırılsın.

Yeni komanda haqqında məlumat:

Şirkətin adı: 1Malaysia F1 Team Sdn Bhd
Komandanın adı: Lotus F1 Team
Ölkə: Malayziia
Komandanın başçısı: Toni Fernandes

Malayziya hökumətinin və Malayziya sahibkarlar konsorsiumunun əməkdaşlığı sayəsində 1Malaysia F1 Team şirkəti Lotus adını 1994-cü ildən sonra Formula1-ə qaytarır. Komandanın mənzil qərargahı əvvəlcə RTN şirkətinin istehsal sahələrində olacaq (Norfolk, Britaniya), bu Lotus Cars avtozavodundan 15 km uzaqlıqdadır.

RTN – tam təchiz olunmuş bazadır, vaxtilə Toyota şirkəti bu bazanı Formula1-ə gəlmək üçün tikmişdi, sonra isə bazadan Bentley şirkəti Lə Man seriyasında uğurlu çıxışı üçün istifadə etmişdi.

Gələcəkdə komandanın konstruktor-istehsal mərkəzi Sepanq avtodromunun yanında tikiləcək.

Komandanın başçısı Toni Fernandes Malayziyanın Tune Group şirkətlər qrupunun təsisçisi və Air Asia aviaşirkətinin sahibidir. Komandanın texniki direktoru Mayk Qaskoyn Formula1-də 20 illik iş təcrübəsinə malikdir: o əvvəllər Force İndia, Toyota, Renault və Jordan komandalarında eyni vəzifəni icra edib.

Komanda Cosworth şirkəti ilə motor təchizatı müqaviləsi imzalayıb, texniki tərəfdaşları isə XtracFondTech firmaları olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*