Lotus komandası 2014-cü il mövsümündə yeni maşınını təqdim edən sonuncu komanda olub – Enstounda hazırlanan 22-ci maşının şərəfinə yeni maşın E22 indeksini alıb. Yeni maşın mövsümöncəsi testlərin Xeresdəki ilk seriyasına qatılmamışdı, Bəhreyn testlərindən əvvəl isə çəkiliş günü çərçivəsində icazə verilən 100 km-lik məsafəni qət etmişdi. Dünən Bəhreyn testlərinin ilk günü trasda debüt etsə də, jurnalistlərə təqdimatı məhz testlərin ikinci gününə təyin olunub.
Son zamanlar komandada maliyyə vəziyyəti gərgin olduğundan komanda bir çox kadrlarını itirib, motor təchizatçısı Renault Sport ilə müqavilə izə yalnız bu gün səhər təsdiq olunub. Erik Bulye komandanı tərk etdikdən sonra komandaya başçılığı həmtəsisçi Jerar Lopes edəcək. Bu gün təqdimat mərasimində komanda yeni icraçı direktorunu da elan edib – Mətyu Karter…
Mətyu Karter: “Heç kimə sirr deyil ki, komanda keçənilki mövsümə əla start versə də, mövsümün gedişində müəyyən problemlər üzündən yaxşı çıxış edə bilməmişdi, bizim bir çox sahələrdə çətinliklərimiz üzə çıxşmışdı. Bu il biz həmin çətinliklərdən uzaq olacayıq, komanda maliyyə stabilliyi əldə edib, bu isə bizə irəliləməyə, maşını modernizəe tməyə imkan verəcək və biz ümid edirik ki. yenə də liderlər qrupunda mübarizə aparacayıq.
Enstoundakı kollektivimizin çoxlu yaxşı və güclü tərəfləri var. Texniki hazırlıq və maşını modernizə etmək bacarığında bizə tay ola biləcək komanda yoxdur, mən inanıram ki, texnoloji bölməyə yatırdığımız sərmayələr bu il özünü doğruldacaq.”
Keçən il Ceyms Əllison komandanı tərk etdikdən sonra texniki direktor vəzifəsi Nik Çestərə həvalə olunmuşdu, yeni maşın da Nikin rəhbərliyi altında hazırlanıb…
Nik Çester: “Mən hesab edirəm ki, biz 2014-cü ilin reqlamenti çərçivəsində əla maşın hazırlamışıq. Yeni qaydalar bizim qarşımızda çətin vəzifələr qoymuşdular – bu maşın əvvəl hazırladığımız maşınlardan ciddi fərqlənir, amma biz hazırladğımız maşından çox razıyıq.
Е22 – tamamilə yeni layihədir. Müəyyən sahələrdə biz əvvəlki təcrübələrdən istifadə etmişik, əlbəttə, aerodinamikanın və asılqanların optimallaşdırılmasında işimizə əvvəlki maşınlarla təcrübəmiz çox kömək etdi.
Amma vəziyyəti öncədən proqnozlaşdırmaq mümkün deyil – indi heç kim Melburnda qüvvələr nisbətini söyləyə bilməz, xüsusən də finişdə. Yeni reqlamentin ciddi tələbləri, xüsusən də yarış məsafəsində cəmi 100 kq yanacaqdan istifadə olunması rekuperasiya sistemlərinin əhəmiyyətini kəskin artırır. Bizi isə maraqlı yarışlar gözləyir!”
Komanda əsas heyətin sürücüləri – Roman Qrojan və Pastor Maldonado ilə birlikdə mətbuata ehtiyat və test sürücüsünü də təqdim edib – Şarl Pik komanda ilə yeni müqavilə imzalayıb. Amma Şarl ilə birlikdə komanda Nikolya Prostla da işini davam etdirəcək, iki fransalı sürücü daniyalı gənc sürücü Marko Sörensenə də kömək edəcəklər.