Lotus F1 Team – E21 (video)

Bir az əvvəl Lotus komandası 2013-cü ildə birinci olaraq jurnaslitlərə və azarkeşlərə yeni E21 maşınını göstərib. Keçən il olduğu kimi […]

Bir az əvvəl Lotus komandası 2013-cü ildə birinci olaraq jurnaslitlərə və azarkeşlərə yeni E21 maşınını göstərib. Keçən il olduğu kimi komanda təqdimat mərasimini internetdə canlı yayımlayıb.

Keçən il komandanın saytı artan ziyarətçilərin trafiki altında müəyyən müddət işləyə bilməmişdi, ona görə də bu dəfə canlı yayım Youtube servisində həyata keçirilib. Hərçənd, çətinliklərdən yaxa qurtarmaq alınmayıb – güclü külək üzündən təqdimat komandanın qurduğu böyük çadırın altında deyil, komandanın bazasının sexlərindən birində baş tutub.

e21-2
Komandanın başçısı Erik Bulye qarşıdakı mövsümə məqsədlərini açıqlayıb – Mühəndislər Kubokunda ilk üçlüyə daxil olmaq…

Erik Bulye: “Biz keçənilki uğurlarımızı artırmağa çalışacayıq. Reqlament demək olar ki, dəyişməyib, hər iki sürücü heç olmadıqları qədər motivasiyalıdırlar – biz sona qədər ilk üçlükdə olmaq üçün mübarizə aparacayıq.

Ənstounda çempionatda qələbə qazanan maşınlar hazırlaya bilirlər, amma bizim sonuncu qələbəmizin üstündən xeyli vaxt keçib və biz bu hissləri yenidən yaşamaq istəyirik.

Düşünülmüş və ciddi sərmayələr sayəsində komanda fantastik baza qurub, təcrübəli mühəndis və konstruktorlar ştatı yığıb – onların keçən il hazırladıqları maşın sürətli idi və E21 onun təkamülüdür. Bizim əla sürücülər cütlüyümüz var – 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen və gənc, amma uğur qazanmaq istəyən Roman Qrojan. Bundan başqa bizim güclü tərəfdaşlarımız var. Biz mübarizəyə tam hazırıq.”

e21-3
Komanda rəhbərliyinin qısa çıxışından sonra Kimi Rəykkönen və Roman Qrojan qonaqların alqışları altında maşının üzərindən örtüyü açıblar. E21 komandanın Ənstoundakı bazasında hazırlanmış 21-ci maşındır. Maşın ənənəvi qara-qızılı rəngələrə boyanıb, amma bu il qırmızı rənglərə boyanan sahələr artıb.

Zahiri görünüşündən maşın sələfinə bənzəyir, hətta burun üzərində “pillə” də saxlanılıb, amma bəzi elementlərin düzümü dəyişib – bu barədə komandanın texniki direktoru Ceyms Əllison danışıb…

Ceyms Əllison: “2013-cü ilin reqlamenti keçənilkinə oxşayır, ona görə də maşınların oxşarlığı gözləniləndir, amma Formula1-də hər şey detallardan, xırdalıqlardan asılıdır.

Bəzi elementlər tam yenidən hazırlanıb, bəziləri əvvəlki layihələrimizin fəlsəfəsini davam etdiriblər. Aerodinamik effektliyi artırmaq üçün ön və arxa asılqanların konstruksiyası ciddi dəyişdirilib.

Ön antiqanad üzərində 2009-cu ildən işləyirik, yenilənmiş arxa antiqanad isə DRS-in potensialından daha yaxşı istifadə etməyə imkan verəcək.”

e21-4
Hərçənd, mərasimdə nümayiş olunan şassi ilkin konfiqurasiyadır və testlərin gedişində dəqiqləşdiriləcək. Məsələn, nümayiş olunan E21-ə passiv DDRS sistemi quraşdırılıb, komanda sistem üzərində işini davam etdirir…

Ceyms Əllison: “Reqlament sistemin passiv işə salınmasına icazə verir, ona görə də biz bu sahədə işimizi davam etdiririk. Biz bu elementdən ciddi inkişaf gözləmirik, amma başqa elementlərlə birlikdə maşının ümumi effektliyini artırmalıdır.”

Sürücülər heyəti dəyişməyib, keçən il Kimi Rəykkönen və Roman Qrojan komandada debüt etmişdilər, indi onların və komandanın birgə əməkdaşlıq təcrübəsi var. Mərasimdə komanda testlərə cəkb edəcək 3 sürücünün də adını açıqlayıb. GP2 seriyasının son çempionu Davide Valsekki üçüncü sürücü, Jerom D’Ambrozio ehtiyat sürücü elan olunublar, Nikolya Prost isə simulyatorda maşının inkişafı üzərində çalışacaq.

e21-8
Kimi Rəykkönen: “Mən hələ E21-i sürməmişəm, ona görə də hələ heç nə deyə bilmərəm. Keçən il bizim maşın yaxşı alınmışdı, amma hamı gərgin çalışırdı ki, onu daha yaxşı edək. Mən komanda ilə birlikdə çalışacam ki, yeni maşını da imkan daxilində ən sürətli edək və Melburnda biz işimizə qiymət verəcəyik.

Qarşıda bizi uzun mövsüm gözləyir. Keçənilki mövsüm mənim üçün yaxşı start oldu, baxaq görək, 2013-c ildə nəyə qadir olacayıq. Keçənilkindən yaxşı nəticə göstərmək asan olmayacaq, amma bizim məqsədimiz belədir.

Bizim idmanda rəqabət çox sərtdir, hamı qələbə qazanmaq istəyir, amma bu komanda əvvəllər qələbə qazanıb və bunu təkrarlamağa mane ola biləcək səbəb yoxdur. Mən artıq bu oğlanları tanıyıram, onlar məni tanıyırlar, amma bu o demək deyil ki, elə tanışlıqla yaxşı nəticələr göstərəcyik. Baxarıq. Mən bu insanlara inanıram, etibar edirəm, onlar bu maşını hazırlayıblar və ümid edirəm ki, E20 ilə müqayisədə yeni maşın yaxşılığa doğru dəyişib.”

e21-7
Roman Qrojan: “Biz maksimum çalışmışıq ki, keçənilki nəticələri yaxşılaşdıraq. Keçən il bizim maşınımız pis deyildi: Kimi bir qələbə qazandı, bizim hər birimiz bir neçə dəfə podiuma qalxdıq. İndi isə daha yaxşı nəticələr qazanmağa çalışacayıq.

Yeni maşın əla görünür, bu isə pis başlanğıc deyil. İndi onu maksimum sürətli eləmək lazımdır, amma Melburnda sıralanma turuna qədər kimin daha yaxşı olmasını demək çətindir. Ümid edirəm ki, biz yenə də xoş sürpriz edəcəyik.

Mənə elə gəlir ki, hamı bilmək istəyir ki, mən yarışlarda stabil çıxış edə biləcəm? Keçən il bu sahədə mənim problemlərim var idi. Mən bunu başa düşürəm və əlimdən gələni edəcəm ki, qarşıma qoyduğum məqəsdə çata bildiyimi sübut edim. Maşını tərk edərkən hiss etmək istəyirəm ki, mən öz işimi əla gördüm, yarışda əlimdən gələni etdim. Ümid edirəm ki, bu hissləri mən tez-tez yaşayacam.”

e21-5
e21-6
e21-9
e21-10
e21-11

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*